Gec olsun, güc olsun.

Better late than never. = Лучше поздно, чем никогда.
gec gəlib tez öyrənən
gecə-gündüz bilməmək
OBASTAN VİKİ
O olmasın, bu olsun
O olmasın, bu olsun (film, 1956) — 1956-cı ildə çəkilən film. O olmasın, bu olsun (operetta) — Üzeyir bəy Hacıbəyovun ikinci musiqili komediyası (1911).
Qəhrəmanlara Eşq Olsun! (1981)
Tövbələr olsun (serial, 2020)
Tövbələr olsun (türk. Tövbeler olsun) — 9 avqust 2020 tarixində başlayan və 25 mart 2021-ci ildə bitən Türkiyə istehsalı komediya serialıdır. İşində bacarıqlı, ancaq həddən ziyadə pinti olan ləl-cəvahirat istehsalçısı və eyni zamanda, Horanta Holdinqin sədri olan Namzet Horantanın pintilikdən comərdliyə doğru olan yolundan bəhs edir. Bu dəyişiklik sırasında "xətmi gülüm" dediyi həyat yoldaşı Lətifənin və oğulları Sinanla Buğranın da dəyişdiyini hiss etdirir.
Tövbələr olsun (teleserial, 2020)
Tövbələr olsun (türk. Tövbeler olsun) — 9 avqust 2020 tarixində başlayan və 25 mart 2021-ci ildə bitən Türkiyə istehsalı komediya serialıdır. İşində bacarıqlı, ancaq həddən ziyadə pinti olan ləl-cəvahirat istehsalçısı və eyni zamanda, Horanta Holdinqin sədri olan Namzet Horantanın pintilikdən comərdliyə doğru olan yolundan bəhs edir. Bu dəyişiklik sırasında "xətmi gülüm" dediyi həyat yoldaşı Lətifənin və oğulları Sinanla Buğranın da dəyişdiyini hiss etdirir.
O olmasın, bu olsun (operetta)
"O olmasın, bu olsun" (azərb-kiril. О олмасын, бу олсун, az-əbcəd. او اولماسین بو اولسون‎), həmçinin "Məşədi İbad" (azərb-kiril. Мәшәди Ибад, az-əbcəd. مشه‌دی ایباد‎; əsərin baş qəhrəmanının adından) — Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəyov tərəfindən 1910-cu ildə yazılmış dörd pərdəli (məclis) musiqili komediya (operetta). Bu, Hacıbəyovun operetta janrında yazdığı ikinci əsəridir. Əsərdə müflisləşən və mənəviyyatca düşkünləşən zadəganlığın xəsisliyi, pulu gücünə fanatik inamı ilə seçilən varlı tacir zümrəsi ilə ittifaqa girmək cəhdi təsvir olunmuşdur. İnsanın mənəvi azadlığı və ləyaqəti uğrunda mübarizə aparan, pulun hökmranlığı və sosial-məişət qayda-qanunları ilə barışmayan yeni nəslin nümayəndələri köhnə cəmiyyətə qarşı qoyulmuşdur. Buradakı mənfi qəhrəmanlar arasında puluna görə yüksək təbəqələrin hörmət bəslədiyi Məşədi İbad əsas obrazdır. Əsərdə musiqi mühüm dramaturji rol oynayıb, hadisələrin gedişatına fəal yardım göstərir, qəhrəmanların xarakteristikasını dərinləşdirir.
Qəhrəmanlara eşq olsun! (film, 1981)
Əməyə eşq olsun (film, 1950)
Yunus Əmrə. Salam olsun. Divan
Yunus Əmrə. Salam olsun. Divan — Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin ideya müəllifliyi ilə filologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Hümmətovanın tərtib edib hazırladığı Yunus Əmrə Divanı. Kitaba Yunus Əmrənin "Risalə-tün-Nüshiyyə" didaktik məsnəvisi və 417 şeiri Mustafa Tatçının tərtibindən alınaraq daxil edilmişdir. Bunlardan da 117 şeir sırf Mustafa Tatçı tərəfindən tapılıb və əvvəlki divanların heç birində olmayan şeirlərdən ibarətdir. Bundan başqa, Divandakı 2 şeir isə Vatikan nüsxəsinə aid olan və yeni tapılan şeirlər, 17 şeir isə Fateh Köksalın aşkar etdiyi poetik nümunələrdir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yunus Əmrə Divanında ana mənbə kimi 1965, 1971, 2011-ci illərdə Ədülbaqi Gölpınarlı tərəfindən Türkiyədə çap edilmiş nəşrlər əsas götürülmüşdür. Türkiyədə Yunus Əmrənin həyatı və yaradıcılığının tədqiqi və nəşri istiqamətində böyük işlər görülmüşdür. Əmrəşünaslıq türk ədəbiyyatşünaslıq elminin mühüm bir istiqamətini təşkil edir. Türkiyə dünya Əmrəşünaslıq elminin əsas mərkəzidir.
O olmasın, bu olsun (film)
O olmasın, bu olsun — 1956-cı ildə Hüseyn Seyidzadə tərəfindən çəkilmiş film. Bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır. Filmdə 1910-cu ildə Bakıda cərəyan edən hadisələr göstərilir. İki gəncin — Sərvər (Arif Mirzəquliyev) və Gülnazın (Tamara Gözəlova) böyük və ülvi məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin bir çox dost-tanışı: tacirlər, alverçilər, qoçular, mürtəce, satqın jurnalistlər də öz əksini tapır. Lakin rejissor mənfi qüvvələri belə insana sevdirməyə nail olmuşdur. Əli Zeynalov — Sərvər (Arif Mirzəquliyev) Leyla Bədirbəyli — Gülnaz (Tamara Gözəlova) Operettanı ilk dəfə 1918-ci ildə Vaqram Papazyan ilə S. Lakka filmə çəkməyə cəhd edir və Xanjonkovun o zaman yeni təsis olunmuş Yalta studiyasında çəkilişlərə başlanır. Lakin bu ilk film uğur qazana bilmədiyi üçün tez də sıradan çıxır. Film Azərbaycanın ilk rəngli bədii filmidir. Çəkilişlər ilyarım davam edib və aparıcı aktyorlara o vaxtın pulu ilə hər çəkiliş günü üçün 60 manat qonorar veriblər.
Gec Təbaşir
Gec Təbaşir və ya Üst Təbaşir — geoloji vaxt bölgüsündə Təbaşir dövrünün Erkən Təbaşir epoxasından sonra gələn epoxa. Süxur laylarının təsnifatında bu epoxa "Üst Təbaşir" adlandırılır. Təbaşir əsasən Fransanın şimalında əmələ gələn, həmçinin Şimal-şərqi İngiltərənin ağ qayalarında rast gəlinən və "təbaşir" kimi tanınan ağ əhəngdaşından sonra adlandırılıb. Gec Təbaşir Erkən Təbaşirin Alb mərtəbəsinin sonundan – 100.5 milyon il əvvəl başlamış və Paleosenin Dan mərtəbəsinin başalması ilə – 66 milyon il əvvəl sona çatmışdır. Beynəxalq Stratiqrafiya Komissiyası tərəfindən Gec/Üst Təbaşirin altı mərtəbəsi ayrılmışdır: Senoman, Turon, Konyak, Santon, Kampan, Maastrixt. Gec Təbaşir ərzində iqlim indikinə nəzərən mülayim olmuşdur. Tropiklər ekvatorial bölgələrə qədər məhdudlaşdı və daha çox mövsümi iqlim şəraiti yaşadı. Gec Təbaşir ərzidə qitələr parçalanmağa davam etdi. Plitələr tektonikasına görə Amerika qitəsi tədricən qərbə doğru hərəkət edirdi, nəticədə Atlantik okeanı genişləndi. Hindistan şimala – Asiyaya doğru hərəkətini davam etdirdi.
Güc
Güc bu mənaları ifadə edə bilər:
O olmasın, bu olsun (film, 1956)
O olmasın, bu olsun — 1956-cı ildə Hüseyn Seyidzadə tərəfindən çəkilmiş film. Bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır. Filmdə 1910-cu ildə Bakıda cərəyan edən hadisələr göstərilir. İki gəncin — Sərvər (Arif Mirzəquliyev) və Gülnazın (Tamara Gözəlova) böyük və ülvi məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin bir çox dost-tanışı: tacirlər, alverçilər, qoçular, mürtəce, satqın jurnalistlər də öz əksini tapır. Lakin rejissor mənfi qüvvələri belə insana sevdirməyə nail olmuşdur. Əli Zeynalov — Sərvər (Arif Mirzəquliyev) Leyla Bədirbəyli — Gülnaz (Tamara Gözəlova) Operettanı ilk dəfə 1918-ci ildə Vaqram Papazyan ilə S. Lakka filmə çəkməyə cəhd edir və Xanjonkovun o zaman yeni təsis olunmuş Yalta studiyasında çəkilişlərə başlanır. Lakin bu ilk film uğur qazana bilmədiyi üçün tez də sıradan çıxır. Film Azərbaycanın ilk rəngli bədii filmidir. Çəkilişlər ilyarım davam edib və aparıcı aktyorlara o vaxtın pulu ilə hər çəkiliş günü üçün 60 manat qonorar veriblər.
Muro: Lənət olsun içimdəki insan sevgisinə
Muro: Lənət olsun içimdəki insan sevgisinə (türk. Muro: Nalet Olsun İçimdeki İnsan Sevgisine) — Rejissoru Zübeyr Şaşmaz olan, baş rollarını Mustafa Üstündağ və Şefik Onatoğlunun oynadığı 2008 istehsalı Türkiyə komediya filmi. 5 dekabr 2008-ci ildə Türkiyədə yayımlanan film, 2008-ci ilin ən çox gəlir əldə gətirən 3-cü Türkiyə filmi oldu. Qurdlar Vadisi seriasının yan filmidir. Qurdlar Vadisi Pusqu serialındakı obrazların olduğu eyni addakı Türkiyə televiziya serialına əsaslanır.
Böyük güc
Böyük güc və ya Böyük dövlət — Azərbaycan dilində "Böyük güclər" və ya "Böyük dövlətlər" birləşməsi ilə də ifadə oluna bilər. Ümumi mənada bu termin iqtisadiyyatları, xarici siyasətləri və hərbi gücləri ilə dünya miqyasında təsiri olan dövlətləri əhatə etməkdədir. == Tarixi == Avropada bu termin ilk olaraq Napoleon Bonapartdan sonrakı dövrdə dövlətlər arası ayrımı ifadə etmək və dünya miqyasında təsir imkanlarına malik olan gücləri ayırd edə bilmək üçün istifadə olunmuşdur.
Güc (Fəlsəfə)
Qüdrət — güclü, nüfuzlu, ədalətli olmaq. Ümumiyyətlə təsəvvür ediləcək hər bir hərəkətə qüdrət deyilir. Qüdrət, nüfuz ya bir insanın üzərində ola bilər, ya da qruplar və dövlətlər üzərində. Qüdrətin siyasi mənası isə fərdin dövlətin qanunları və orqanları qarşısında təslimiyyətidir. Bəzi sosioloqlar qüdrəti bu cür də məna edirlər: "Qüdrət bir fərdin və cəmin başqaları üzərində olan iqtidarı və gücüdür". Burdan belə bir nəticə çıxarmaq olar ki, qüdrət diktatoraluq, zalım olmaq demək deyil, qüdrət yəni güclü, nüfuzlu, ədalətli olmaqdır. Qüdrət vasitəsilə insanlar cəmiyyətin idarəçiliyini tənzimləyə bilirlər.
Güc (fizika)
İşin görülmə yeyinliyi güc adlanan kəmiyyətlə təyin olunur. Görülən işin bu işi görməyə sərf olunan zaman müddətində nisbəti güc adlanır. P = A t {\displaystyle P={A \over t}} Burada P-güc; A-iş; t-işin görülməsinə sərf olunan zamandır. Güc skalyar kəmiyyətdir. Gücün Vahidi ingilis alimi C.Vattın şərəfinə BS də vatt qəbul edilmişdir. Vt kimi işarə olunur. Fizika məsələlərinin həllində 1Vt-dan min dəfə böyük kilovatt 1kVt=1000Vt milyon dəfə böyük meqavatt 1MVt=1000 000Vt min dəfə kiçik millivatt 1mVt=0.001Vt milyon dəfə kiçik mikrovat 1mkVt=0.000 001Vt və s.istifadə olunur. Məişətdə və texnikada "at qüvvəsi" güc vahidindən də istifadə olunur. 1a.q.=75kq * m/san=736Vt. Sabit cərəyan və birfazalı dəyişən cərəyan dövrələrində gücün təyin edilməsi elektrodinamik və ferrodinamik vattmetrlərin yardımı ilə icra olunur.
Hüdudsuz Güc
Hüdudsuz Güc —"Əsər "Simon &Schuster"nəşriyyatının orijinalı əsasında TEAS Press Nəşriyyat evində tərcümə edilərək çapa hazırlanıb.Kitabın Azərbaycan dilinə tərcüməsi və nəşri hüququ TEAS Press Nəşriyyat evinə məxsusdur Bu kitab ilk dəfə 1986-cı ildə "Simon&Schuster"nəşriyyatı tərəfindən "Unlimited Power" adı ilə nəşr olunub. Entoni Robbins bunu “şəxsi nailiyyət haqqında yeni elm” adlandırır. Siz isə bunu “indiyədək qarşılaşdığınız ən yaxşı şey” adlandıracaqsınız. Əgər nə vaxtsa daha yaxşı həyat xəyal etmisinizsə, “Hüdudsuz güc” sizə arzuladığınız və layiq olduğunuz fövqəladə keyfiyyətli həyata nail olmağın, eləcə də şəxsi və peşəkar həyatınızı idarə etməyin yollarını göstərəcək. Entoni Robbins öz kitabları, lent yazıları və seminarları vasitəsilə milyonlarla insana sübut edib ki, zehninizin, düşüncənizin gücündən istifadə etməklə həyatınız üçün istədiyiniz hər şeyi edə, ona malik ola, onu yarada və əldə edə bilərsiniz. O, ölkə rəhbərlərinə, olimpiya oyunları iştirakçılarına və peşəkar idmançılara, kinoulduzlara və uşaqlara hədəfə necə nail olmağın yollarını göstərir. O, şəxsi nailiyyət haqda elmi “Hüdudsuz güc” vasitəsilə coşğunluqla aşkara çıxarır və sizə aşağıdakıları öyrədir: • əslində nə istədiyinizi üzə çıxarmağın yollarını • uğurun yeddi yalanını • qorxu və fobiyaları bir neçə dəqiqə ərzində aradan qaldırmaq üçün beyninizi yenidən proqramlaşdırmağın yollarını • görüşdüyünüz istənilən şəxslə dərhal qarşılıqlı münasibət yaratmağın sirlərini • başqasının uğurlarını təkrarlamağın yollarını • zənginliyin və xoşbəxtliyin beş açarını “Hüdudsuz güc” beyin üçün inqilabi fitnes kitabıdır. Bu kitab sizə emosional və maliyyə azadlığı əldə edərkən, liderliyə, özgüvənə və digərləri ilə əməkdaşlığa nail olarkən yüksək bacarıq nümayiş etdirməyin yollarını addım-addım göstərəcək. Bu kitab özünüzü və dünyanızı kökündən dəyişmək üçün sizə bilgi və cəsarət verəcək. “Hüdudsuz güc” uğur erasında yüksək performans üçün bir bələdçidir.
Regional güc
Regional güc yaxud Bölgə gücünü təyin edən bir az fərqli təriflər var: Avropa Siyasi Araşdırmalar üzrə Avropa Tərəfdaşlıq Komissiyasına görə, regional güc "coğrafi olaraq müəyyən edilmiş, bölgəni iqtisadi və hərbi baxımdan təsir edən və bölgədə hegemonluq rolunu oynaya bilən bir bölgəyə aiddir. Dünya miqyasında müəyyən bir təsiri olmalı və qonşuları tərəfindən regional lider kimi tanınan və hətta qəbul edilən bir ölkə olmalıdır." Alman Qlobal və Regional Tədqiqatlar İnstitutuna görə regional bir güc olmalıdır; Öz şəxsiyyəti ilə müəyyən edilə bilən bir bölgənin bir hissəsi olmalıdır. Regional güc imicini qorumalıdır. Bölgənin coğrafi ölçüsünə və öz ideoloji quruluşuna təsirli təsirini göstərməlidir. Ən yüksək hərbi, iqtisadi, demoqrafik, siyasi və ideoloji bacarıqlara sahib olmalıdırlar. Bölgə ilə inteqrasiya olunmalıdır. Regional təhlükəsizliyi yüksək prioritet hesab etməlidir. Bölgədəki digər qüvvələr və xüsusən digər bölgələrdəki regional güclər tərəfindən regional güc kimi tanınmalıdır. Regional və qlobal strukturlarla əlaqələndirilməlidir.
Super güc
Fövqəldövlət və ya Super güc — Beynəlxalq miqyasda ilk sıralarda yerləşən və geniş təsir qabiliyyəti olan , hakim mövqeyə malik dövlətdir. Bu termin ilk dəfə İkinci Dünya Müharibəsi zamanı Britaniya İmperiyası, Birləşmiş Ştatlar və Sovet İttifaqına aid edilmiş, sonralar, Soyuq müharibə dövründə 1956-cı ildə baş vermiş Süveyş böhranından sonra Britaniya imperiyası bu siyahıdan çıxarılmış və yalnız Birləşmiş Ştatlar ilə Sovet İttifaqına aid edilmişdir. Soyuq müharibənin sonunda, 1991-ci ildə Sovet İttifaqının ləğv olunmasından sonra isə Birləşmiş Ştatlar dünyanın tək super gücünə çevrilmişdir. "Super güc" termininin dəqiq bir təsviri mövcud deyil və mənbələr arasında fərq ola bilər. Lakin, bu təriflərin hər birinə uyğun olan xüsusiyyət super gücün dövlət hakimiyyətinin yeddi ölçüsü — coğrafiya, əhali, iqtisadiyyat, resurslar, hərbi, diplomatiya və milli kimliyi ilə yüksək səviyyədə təmin olunmasıdır. Bu dövr ilk dəfə 1944-cü ildən əvvəl qəbul olunmuş böyük güclərdən daha da böyük olan gücləri təsvir etmək üçün istifadə olunurdu, lakin, İkinci Dünya Müharibəsindən sonra Birləşmiş Ştatlara və Sovet İttifaqına aid edilməsinin ardından termin müəyyən məna qazanmışdır. Çünki, ABŞ və Sovet İttifaqı qlobal siyasətə və hərbi hakimiyyətə böyük təsir göstərə bilmişdi. Termin mövcud siyasi məna baxımından, 1943-cü ildə müharibədən sonrakı dünya nizamının potensial forması ilə bağlı holland-amerikan geostrateq Nicholas Spykman tərəfindən bir sıra mühazirələrdə bu ifadə istifadə olunmuş, yaranmışdır. Bu termin Britaniya imperiyasının və Amerika Birləşmiş Ştatlarının dünyanın sülhü və rifahı üçün vacib olan misilsiz dənizçilik üstünlüyünə istinad edilərək hazırlanmış "Sülh coğrafiyası" kitabının əsasını təşkil edir. Bir il sonra, 1944-cü ildə amerikan xarici siyasət professoru William Tr Fox, "Böyük Qüvvələr: Amerika Birləşmiş Ştatları, Britaniya və Sovet İttifaqı — Onların sülh məsuliyyəti" kitabının konsepsiyası üzərində işləyib.
Sərt güc
Sərt güc — Siyasətdə digər siyasi təşkilatların davranışlarına və ya maraqlarına təsir etmək üçün hərbi və iqtisadi vasitələrdən istifadə etməkdir. Siyasi hakimiyyətin bu forması çox vaxt aqressivdir (məcburiyyət) və bir siyasi orqan tərəfindən daha az hərbi və/yaxud iqtisadi gücə malik olan digərinə tətbiq edildikdə ən təsirli vasitə olur. Sərt güc, diplomatiya, mədəniyyət və tarixdən gələn yumşaq güc ilə ziddiyyət təşkil edir. Cozef Naya görə, sərt güc "başqalarını sizin iradənizi yerinə yetirmək üçün iqtisadi və hərbi gücün yerkökü və çubuqlarından istifadə etmək bacarığını" əhatə edir. Burada "yerkökü" ticarət maneələrinin azaldılması, ittifaq təklifi və ya hərbi müdafiə vədi kimi stimulları ifadə edir. Digər tərəfdən, "çubuqlar" təhdidləri – o cümlədən məcburi diplomatiyadan istifadəni, hərbi müdaxilə təhlükəsini və ya iqtisadi sanksiyaların tətbiqini təmsil edir. Ernest Wilson sərt gücü "başqasını həmin qurumun başqa cür hərəkət etməyəcəyi şəkildə hərəkət etməyə məcbur etmək" qabiliyyəti kimi təsvir edir. Sərt gücün mövcudluğu uzun bir tarixə malik olsa da, bu terminin özü Cozef Nye suveren dövlətin xarici siyasətində yeni və fərqli güc forması kimi yumşaq gücü icad etdiyi zaman yaranmışdır. Beynəlxalq münasibətlər nəzəriyyəsində realist məktəbə görə, hakimiyyət müəyyən maddi sərvətlərə, o cümlədən əhaliyə, əraziyə, təbii sərvətlərə, iqtisadi və hərbi gücə və başqalarına sahib olmaq ilə bağlıdır. Sərt güc bir millətin və ya siyasi qurumun digər aktyorların davranışlarına təsir etmək üçün iqtisadi stimullardan və ya hərbi gücdən istifadə etmək qabiliyyətini təsvir edir.
Yumşaq güc
Yumşaq güc (ing. soft power) — siyasi hakimiyyət forması. Yumşaq gücə apellyasiya və cazibə yolu ilə başqalarının üstünlüklərini formalaşdırmaq qabiliyyəti daxildir. Yumşaq gücün əsas xüsusiyyəti qeyri-zorakılıqdır; yumşaq gücün valyutası isə mədəniyyət, siyasi dəyərlər və xarici siyasətdir. Fransa uzun zaman böyük miqdarda yumşaq güc tətbiq etmişdir. Fransa və onun mədəniyyətinin əsrlər boyu dünyanın bir çox yerlərində heyranı olmuşdur; Tomas Cefferson "Hər bir insanın iki ölkəsi, özü və Fransası var" ifadəsi buna nümunədir. 2017-ci ildə Fransada dünyanın ən böyük diplomatik şəbəkəsi sırasında üçüncü idi.
Güc mənbəyi
Qida bloku- (ing. power supply unit) kompüterin korpusunun içərisində sistem lövhəsi ilə yanaşı yerləşən xüsusi funksiyaya malik qurğu. Qida blokunun bir sıra vəzifələri var: Ötürülən gərginliyi qəbul edərək, dəyişən cərəyanı sabit cərəyana çevirir; Gərginliyi sistem lövhəsinə və onun elementlərinə paylayır; Xarici yaddaş qurğularına gərginlik ilə təmin edir; Sərinkeş vasitəsilə sistem blokunun içərisinidəki temperatoru nizamlayır; Qida blokunun əsas texniki xarakteristikası onun gücüdür. Gücün (görülən işin bu işin görülməsinə sərf olunan zaman müddəti) vahidi vattdır. Sistem blokunun daxilinə nə qədər çox qurğular quraşdırılarsa, (yaddaş qurğuları, yaddaş mikrosxemləri, genişləndirmə lövhələri və b.) qida bloku da daha güclü olmalıdır. Adi kompüterlər 150–200 vatt , daha güclü sistemlər isə 300 və hətta 350 vatt güc işlədir. Kompüter çalışarkən əsasən çıxan səs mənbəyi məhz qida blokunun səsidir, daha doğrusu sistem blokunun daxilində temperaturu tənzimləmək üçün qida blokunda quraşdırılmış sərinkeşdir.
Güc transformatoru
Güc transformatoru — iki və ya daha çox dolağı olan enerji təchizatı şəbəkələrində (elektrik şəbəkələrində) elektrik cihazıdır ki, bu da elektromaqnit induksiyası vasitəsilə dəyişən gərginliyin və cərəyanın bir dəyərini eyni tezlikdə dəyişən gərginliyin və cərəyanın digər dəyərinə çevirir, ötürülən gücünü dəyişmədən. Güc transformatoru həm də alçaldıcı transformator da adlanır, müxtəlif cihaz və avadanlıqların bir hissəsi olan, onları məişət elektrik şəbəkəsindən enerji ilə təmin edir.
Güc (dəqiqləşdirmə)
Güc bu mənaları ifadə edə bilər:
Muro: Lənət olsun içimdəki insan sevgisinə (film, 2008)
Muro: Lənət olsun içimdəki insan sevgisinə (türk. Muro: Nalet Olsun İçimdeki İnsan Sevgisine) — Rejissoru Zübeyr Şaşmaz olan, baş rollarını Mustafa Üstündağ və Şefik Onatoğlunun oynadığı 2008 istehsalı Türkiyə komediya filmi. 5 dekabr 2008-ci ildə Türkiyədə yayımlanan film, 2008-ci ilin ən çox gəlir əldə gətirən 3-cü Türkiyə filmi oldu. Qurdlar Vadisi seriasının yan filmidir. Qurdlar Vadisi Pusqu serialındakı obrazların olduğu eyni addakı Türkiyə televiziya serialına əsaslanır.